ABŞ İranın Fordo kəndindəki obyektinə qarşı birtərəfli məhdudiyyətlərini bərpa edir

ABŞ İranın Fordo kəndindəki uranın zənginləşdirilməsi obyektinə qarşı birtərəfli məhdudiyyətlərini bərpa edir. APA xəbər verir ki, bu barədə "TASS" agentliyinə Dövlət Departamentinin rəsmi nümayəndəsi məlumat verib. Bildirilir ki, sanksiya rejiminin əvvəlki istisna halları bazar günündən etibarən qüvvədən düşür. "Dövlət katibi Pompeo noyabrın 18-də elan edib ki, İranın Fordo nüvə qurğusundakı sentrifuqaların kaskadlarının dəyişdirilməsi ilə bağlı ABŞ sanksiyalarının istisna halları dekabrın 15-dən ləğv edilir", - deyə departamentin nümayəndəsi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə