Koreyada zəncirvarı qəzada 6 nəfər ölüb

Cənubi Koreyanın cənub-şərqindəki magistral yolda bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, ən azı 14 nəfər yaralanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, qəza Seuldan 301 kilometr cənubda baş verib.

Baş verən hadisə zamanı 7 maşın yanıb və 100-ə yaxın yanğınsöndürmənin köməyi ilə alov iki saat ərzində söndürülüb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə