ABŞ tərəfindən Çinə tətbiq edilməsi planlaşdırılan gömrük rüsumu artımı ləğv edilir

“ABŞ-Çin ticarət sazişinin birinci mərhələsi demək olar ki, dərhal qüvvəyə minəcək”.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kadlou söyləyib.

"Saziş demək olar ki, hazırdır. Sənədləşmə işləri, tərcümələr başa çatdıqdan dərhal sonra qüvvəyə minəcək. Sazişi ABŞ tərəfdən ticarət nümayəndəsi Robert Laythauzerlə Çinin Baş Nazirinin müavini Liu Henin imzalayacağı gözlənilir. Bu bir neçə həftədən sonra reallaşacaq” – deyə, Kadlou bildirib.

Onun sözlərinə görə, razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlar artıq de-fakto başlayıb.

Adının çəkilməsini istəməyən digər bir ABŞ rəsmisi müqavilənin 2020-ci ilin yanvar ayının ilk həftəsində imzalanacağını deyib.

Qeyd edək ki, cümə günü prezident Donald Tramp ABŞ-ın Çinlə sazişin böyük bir hissəsi - ilk mərhələsi barədə razılığa gəldiyini açıqlayıb. O, dekabrın 15-də da Çinə tətbiq edilməsi planlaşdırılan gömrük rüsumu artımının ləğv edildiyini bildirib.

Bənzər bir açıqlama ilə Çin Maliyyə Nazirliyi tərəfindən də edilib. Tramp, ticarət razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqların tezliklə başlayacağını söyləib.

Bütün xəbərlər Facebook səhifəmizdə