Türkiyə hökuməti: "Ermənilərin iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz"

Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz. Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər. Bildirilib ki, ABŞ Senatının qəbul etdiyi qondarma “erməni soyqırımı” barədə qətnamə heç bir hüquqi əsasa malik deyil və Ankara bu sənədi qətiyyətlə pisləyir: “Siyasi təcrübə göstərir ki, qondarma “erməni soyqırımı”nı hər zaman üçüncü qüvvələr istifadə edir”. O da qeyd olunub ki, vaxtilə Ankara Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyası yaratmağa çağırıb, amma Ermənistan öz tarixindən qorxduğur üçün bu çağırışa heç bir reaksiya verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə