Hüseyin Altınalan: "Bizim tariximiz bizim şərəfimizdir!" - ÖZƏL AÇIQLAMA

ABŞ Senatının qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnamə Türkiyə tərəfindən "yox hökmü" kimi qəbul edilib. Bunu SİA-ya açıqlamasında Türkiyənin Bakıdakı səfirliyinin mətbuat katibi Hüseyin Altınalan deyib.

O bildirib ki, bu qərar, tarixin və hüququn siyasiləşdirilməsindən başqa bir şey deyil: “Bu cür qərar nə Amerikaya, nə də başqa bir ölkəyə fayda verməyəcək. İddia edilən hadisələrlə əlaqədar Türkiyə bütün tarixi sənədləri və arxivləri açmağa hər zaman hazır olduğunu bildirib. Türkiyənin bu mövzudakı qətiyyəti, öz tarixinə olan güvəninin əsəridir. Bütün bunlara qarşılıq olaraq Ermənilər tarixlə üzləşməkdən hər zaman qaçıblar. Çünki 1915-ci ildə onlara soyqırım edildiyini iddia edən ermənilər, əslində mövzunun heç də o cür olmadığını çox gözəl bilirlər. Buna görə də tərəfdaş ölkələrin dəstəyini itirəcəklərindən narahatdırlar.

H.Altınalan vurğulayıb ki, bizim tariximiz bizim şərəfimizdir: “Osmanlı dönəmində nəinki bu cür soyqırım edilib, hətta tərkibində yaşayan heç bir millətin dilinə, dininə və mədəniyyətinə qarşı hər hansı bir hörmətsizlik etməyib. Hərçənd imperiyalist qüvvələr, tarix boyu hakimiyyətləri altına aldıqları millətlərin dilini və dinini yaşamağı onlara qadağan edib. Bizləri günahlandıran müstəmləkəçi qərb dövlətləri, 7 əsrlik Əndəlüsü tarixdən silib. Afrika qitəsində yaşanan qətliamlar, Əlcəzairdə, Bosniya və Hersoqovinada, Ruada və Amerika qitəsində yaşayan yerlilərə edilən soyqırımlar unudulmayıb. Yaxın keçmişdə Yaponiya, Viyetnam və İraqda qanlı qətliam törədən qanlı tarixə sahib ABŞ, Türkiyənin tarixinə yalanlar yazmağı bacarmayacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə