PKK terror təşkilatından qaçışlar davam edir...

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 2 terrorçu təslim olub. SİA-nın verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, "Son olaraq Suriyanın şimalındakı düşərgələrdən silah-sursat və avadanlıqlarıyla birlikdə qaçan 2 PKK/YPG terrorçusu Suruçdakı sərhəd məntəqəmizə təslim olub.", - deyə bildirilib. PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə