Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Vaşinqtona səfəri başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Lavrov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə ABŞ-ın paytaxtında bir sıra görüşlər keçirəcək. Rusiyalı nazirin ABŞ-a səfəri bir gündən az davam edəcək, lakin onun proqramı çox sıxdır.

Lavrovun Vaşinqtonda ABŞ lideri Donald Tramp tərəfindən qəbul ediləcəyi, dövlət katibi Maykl Pompeo ilə görüşəcəyi və amerikalı politoloqlarla fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri sonuncu dəfə 2017-ci ildə Vaşinqtonda səfərdə olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə