Qeyri-sabit hava 6 nəfərin canını aldı Tailandda

Tailandda havanın qəfil soyuqlaması nəticəsində son bir neçə gündə ən az altı nəfər həlak olub. SİA-nın verdiyi məlumata görə, krallığın şərqində və mərkəzində temperaturun 13-18 dərəcəyə qədər aşağı düşməsi ölümə səbəb olub.

Bildirilib ki, Tailandın mərkəzi və şərq hissələrində bu cür hallar çox nadirdir, çünki orada hava ümumiyyətlə krallığın qalan hissələrinə nisbətən isti olur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə