"Türkiyə “S-400” hava hücumundan müdafiə kompleksindən imtina etməyəcək" Ərdoğan

"Türkiyə ABŞ-ın "Patriot" zenit-raket sistemlərini almaq üçün Rusiyanın "S-400" hava hücumundan müdafiə kompleksindən imtina etməyəcək". SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də yayımlanan müsahibəsində deyib.

"Patriot"a görə "S-400"dən imtina edə bilmərik. Bu səhifə bağlandı. Ancaq ABŞ bizə uyğun şərtlər təklif edərsə, onların da sistemlərini alacağıq. Çünki hava hücumundan müdafiə sistemlərimizi diversifikasiya etmək istəyirik" - deyə, Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə