London və Mançester şəhərlərində eko-aktivistlərin etirazları başlayıb
Böyük Britaniyanın London və Mançester şəhərlərində eko-aktivistlərin etirazları başlayıb.
Etirazçılar havanın çirklənməsinə qarşı tədbirlər görülməsini tələb edirlər. Londonda 7, Mançesterdə isə 5 mitinq iştirakçısı həbs edilib.
Etirazlar nəticəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.
Qeyd edək ki, oktyabr ayında keçirilən eko-aktivist etirazları zamanı 1500-dən çox insan həbs edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə