Türkiyənin Sivas şəhərində havanın hərarətinin sıfırdan aşağı enməsi ilə dondurucu soyuqlar təsirini hiss etdirməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sivasın Divrigi mahalında gün ərzində havanın hərarəti mənfi 10 dərəcəyə qədər düşdüyü və Qaraağaçlı kəndində şəlalələrin donduğu bildirilib.

Qeyd edək ki, donmuş şəlalə və çayı çəkib nümayiş etdirən kənd sakini Ümit Yalçın havanın çox soyuq olduğunu, insanların nəfəs almaqda belə çətinlik çəkdiklərini bildirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə