Meksikada neft yatağı aşkar olunub

Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 500 milyon barel həcmində neft yatağı aşkar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Oktavio Romero Oropesa ölkə prezidenti Andres Manuel Oraduraya məruzə edərkən deyib. O bildirib ki, yataq Tabasko ştatında yerləşir. “Pemex”bu kəşfi 1987-ci ildən bəri ölkənin cənubunda edilənlərin ən mühümü adlandırıb.

Xatırladaq ki, 2017-ci ildə Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 1,5 mlrd. barel həcmində neft və qaz yatağı aşkar edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə