Qaçqınları daşıyan gəmi batıb 57 nəfər ölüb

Mavritaniya sahillərində göyərtəsində qeyri-leqal mühariclərin olduğu gəminin batması nəticəsində 57 nəfər ölüb. SİA “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı Mavritaniya hökuməti yayıb. Gəmi İspaniyaya gedirmiş. Hadisə Mavritaniyanın şimalında yerləşən Nouadhibou şəhəri sahlindən 25 km aralıda baş verib. Göyərtədəki şəxslərdən 57-si ölüb, 74-ü isə xilas edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə