Məğlubiyyətlər Ermənistanı iflasa sürükləyir

İnqilabdan sonrakı hadisələr Ermənistanı dalana dirəyir və son nöqtəyə aparır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan deyib.
Keçmiş nazirin sözlərinə görə, Ermənistanda cərəyan edən inqilabdan sonrakı hadisələr ölkəni bir növ dalana dirəyir. Ermənistanın sıfır səviyyəli iqtisadi artımı, xarici siyasətdə məğlubiyyətlər tamamilə gözlənilməz hadisələrə işarə edərək ölkəni iflasa sürükləyir.

Tert.am-a verdiyi müsahibədə Artur Xaçatryan hökumətin dəyişdirilməsi və erkən parlament seçkilərinin ssenarisini də istisna etməyib. Mövcud hakimiyyətin "torpaq mülkiyyətçiləri kimi davranması" qorxusunu bölüşdüyünü və dövlətin başında müvəqqəti insanların hansı psixologiyanı rəhbər tutduğunu soruşduqda, siyasətçi belə cavab verib: "Bu hakimiyyətin indi hazırda hansı psixologiyanı davam etdirdiyini deyə bilmərəm, amma hərəkətləri, davranışları səriştənin həqiqətən aşağı olmasını təsdiqləyir. Nəticədə isə, heç bir sahədə böyümə, inkişaf, nailiyyət müşahidə edilmir.

Ermənistan İnqilabi Federasiyası-Daşnaktsutyun (ARF-D) Bürosunun üzvü Xaçatryan, hazırda hər sahədə çoxsaylı problemləri müşahidə etdiyini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə