Ermənistanda qadın uşaq alveri edərkən tutulub. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 43 yaşlı Yerevan sakinini uşaqların qanunsuz övladlığa götürülməsinə dair cinayət işi üzrə ittiham edib.

İstintaqın məlumatına görə, 2016-2018-ci illər ərzində Ermənistanda fəaliyyət göstərən tibb mərkəzinin və dövlət qurumlarının bir sıra işçiləri bir çox qadını uşaqlarını tərk etməyə və öz iradələrinə zidd olaraq övladlığa götürməyə razı salmağa məcbur ediblər.

İstintaq hərəkətləri nəticəsində uşağı övladlığa götürməyə və satın almağa cəhd edən bir şəxsin kimliyi müəyyənləşdirilib.

O, 2018-2019-cu illərdə işləyən 43 yaşlı İrəvan sakini olduğu ortaya çıxıb. Onun xarici vətəndaşlarla əlaqəyə girərək Ermənistan vətəndaşlarından müvafiq olaraq 20 min avro qarşılığında Ermənistan uşaq evlərindən sağlam uşaqların övladlığa götürülməsi ilə bağlı faktlar ortaya çıxıb.

Uşaq alveri ilə məşğul olan qadına Ermənistan Cinayət Məcəlləsinin üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə qadının həbsi barədə vəsatət qaldırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...