Kanadada zəncirvarı qəza: 40 avtomobilə ziyan dəyib

Güclü qar yağması nəticəsində Kanadanın Kinqston şəhəri yaxınlığında zəncirvarı yol qəzası baş verib.

SİA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Kanadalı polis əməkdaşlarının verdiyi açıqlamada bildirilib ki, Ontario əyalətinə bağlı Kinqston şəhərinə yaxın ərazidən keçən avtomobil yoluna yağan qarın qalınlığı 15 sm-ə çatıb.

Yol sürüşkən olduğuna görə, təxminən 40 avtomobilin daxil olduğu zəncirvarı qəza meydana gəlib.

Əyalət polisi bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb və 16 yaralı var.

Bu gün səhər saatlarından etibarən yol yenidən istifadəyə verilib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə