Donald Tramp Çinlə ticarət sövdələşməsindən danışdı

ABŞ və Çin arasında ticarət sövdələşməsi bərabər şərtlər əsasında bağlana bilməz. Bu barədə ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib. “Mən Çin lideri Si Cinpinə sövdələşmənin bərabər şərtlər əsasında baş tutmayacağını bildirdim”, - deyə Donald Tramp qeyd edib.

Onun sözlərinə görə, bu, Çin və ABŞ arasında ikitərəfli ticarətdə balansın uzun müddət bərabər olmaması (ildə 500 milyard dollar Pekinin xeyrinə) səbəbindən mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə