Təzyiqləri İnsan Hüquqları üzrə Müvəkkil də təsdiqləyib

Ermənistan Ombudsmanı şübhəlinin döyülməsini təsdiqləyən video yayımlayıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan İnsan Hüquqları üzrə Müvəkkil Arman Tatoyan, polisin məhbusdan qaz maskası və dəyənək istifadə edərək necə dəlil-sübut götürdüyünü əks etdirən bir video yayıb.

Müvəkkil Arman Tatoyan bu barədə fikirlərini də bölüşüb.

“Bu video materialla əlaqədar dərhal cinayət işi başlanmalıdır. Bütün yoxlama tədbirləri yalnız Ermənistanın Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedur çərçivəsində həyata keçirilməlidir", deyə Tatoyan öz Facebook səhifəsində yazıb.

İnsan Hüquqları üzrə Müvəkkil Cinayət mühakimə etmə orqanına müvafiq rəsmi məktub göndərəcəyini və prosesi diqqət mərkəzində saxlayacağını bildirib. Tatoyan əlavə edib ki, video materialı "Azadlıq Radiosu" erməni xidmətinin jurnalisti Karlen Aslanyanın səhifəsindən götürüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə