Yaponiyada 5.2 bal gücündə zəlzələ olub

Yaponiyada cənub şərq sahillərində 5.2 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələnin dərinliyi 20 kilometr dərinliyində qeydə alınıb. Sunami təhlükəsinin olmadığı deyilir.

Yeraltı təkanların 14 prefekturada hiss edildiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər haqqında məlumat açıqlanmır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə