Moskvada yaxınlığında yerləşən Mosrentgen kəndində yanğın baş verib

Moskvada dairəvi yolunun 44-cü kilometrliyində yerləşən Mosrentgen kəndində yanğın baş verib.

SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, yanğının miqyası geniş olduğundan alovun söndürülməsinə xüsusi helikopter cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, taxta binada baş verən yanğın min kvadratmetri əhatə edib.

Hadisə zamanı iki nəfərin yanıq xəsarəti aldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə