Ermənistan məhvə sürüklənir

Ölkəyə sözləri, hərəkətləri, qərarları və dövlət üçün cavabdeh olan bir insan, bir rəhbər lazımdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində Ermənistan Respublikasının Portuqaliyadakı keçmiş səfiri və tarix elmləri namizədi Mikael Minasyan yazıb.
O, Nikol Paşinyana xüsusi ehyam da vurub. Qeyd edib ki, erməni baş nazir rəhbərlik etmir, hökmranlıq edir və sanki taxtda oturub. Həmçinin vurğulayıb ki, rəhbər heç vaxt yalan danışmaz. Bununla Paşinyanın mütəmadi olaraq yalanlar danışdığını da etiraf və ifşa edib.
Ədalətin bərpası, 2018-ci ilin yazından vətəni "keçmişdən" azad etməyə əsaslanan bir nəzəriyyəyə söykənməyə başladığını yazan keçmiş səfir qeyd edir ki, erməni xalqı elə zənn edirdi ki, keçmişdəkilər getsə hər şey öz qaydasına düşəcək, social problemləri belə həll olunacaq. O, yazır ki, amma belə olmadı və vəziyyətdən sui istifadə edən Paşinyan bu əhval-ruhiyyədən sadəcə siyasi dividend qazandı.
Səfirin yazdığına görə indi, il yarımdan sonra cəmiyyətin bir hissəsi qəflətən "keçmiş" insanların olmadığını aşkar etsə də, amma sualların, problemlərin hələ də qaldığını və getdikcə daha böyük sosial problemlər yarandığını başa düşüb. Qeyd edir ki, buna görə etiraz etməyə də başladılar, müəyyən məsələlərin həllini tələb etdilər, lakin bu sualların ünvanı Paşinyan olmadı, çünki o problem həll edə bilmək iqtidarında deyil.
Mikael Minasyan yazır ki, hamımız bir sadə həqiqəti başa düşəcəyimiz günə qədər bu belə davam edəcək və xilaskar bir rəhbər seçəcəyimiz zamana qədər yaxşı bir ölkə olmayacağıq. Sözləri, hərəkətləri, qərarları və dövlət üçün cavabdeh ola biləcək bir insan, həqiqi rəhbər olmayana qədər Ermənistan məhvə sürüklənəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...