Almaniyada bu ölkənin atom enerjisi tullantılarının başqa dövlətlərin ərazisinə aparılmasına qarşı silsilə mitinqlər keçirilib

Almaniyada bu ölkənin atom elektrik stansiyalarındakı elektrik enerjisi tullantılarının başqa dövlətlərin ərazisinə aparılmasına qarşı silsilə mitinqlər keçirilib. Salyan xəbər ki, etirazçılar qatarların təhlükəli yüklə yola salınması əleyhinə çıxırlar. Tullantılar əsasən Sibirdəki poliqonlar üçün nəzərdə tutulub. Ekologiya fəallarını da məhz bu fakt narahat edir. Onların fikrincə, Rusiya "Avropanın radioaktiv zibilliyi"nə çevrilməməlidir, çünki bu rusiyalılara münasibətdə ədəbsizlikdir. Maraqlıdır ki, ekologiya fəalları ilk dəfə deyil ki, belə aksiyalar təşkil edirlər. Məsələn, 10 il əvvəl onlar tullantıların Rusiyaya aparılmasının qarşısını ala biliblər. Mitinqçilərin təşvişinin səbəbi budur ki, tullantılar ölkə ərazisindən çıxarılandan sonra Berlin onların necə saxlanması və emal olunması ilə maraqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...