Ukrayna MDB-nin daha bir sazişindən imtina etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Müstəqil Dövlətlər Birliyinin (MDB) daha bir sazişindən çıxması barədə fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, fərmana əsasən, Ukrayna MDB-nin iştirakçısı olan dövlətlərin təsərrüfat təşkilatları arasında hesablaşmaların yaxşılaşdırılmasının təmin edilməsi üzrə tədbirlər haqqında sazişdən çıxıb.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti iyulun əvvəlində keçirilən iclasında ölkənin Birlik ölkələrinin ərazilərində yük nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün beynəlxalq sertifikatın tətbiqi barədə sazişdən çıxmasını bəyənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...