Putin və Makron arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron telefon danışığı zamanı dekabrın 9-na planlaşdırılan “Normand formatı” sammiti ərəfəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər. Rusiya KİV-lərinin yazdığına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər. “Əsas diqqət Parisdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq nəzərə alınmaqla, Ukraynada vəziyyətə ayrılıb”, - Kremlin məlumatında belə deyilir.

Rusiya və Fransa prezidentləri hesab edirlər ki, bu sammit Minsk sazişinin tezliklə və tam reallaşmasını xidmət etməlidir. Bundan əlavə, Putin telefon danışığı zamanı Makronu bir il əvvəl Kerç boğazında saxlanılmış üç hərbi gəminin Ukraynaya qaytarılması barədə məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə