Anonim zəngə görə Moskvada “Moreon” akvaparkından təxminən 2 min nəfər təxliyə edilib

Moskvada “Moreon” akvaparkından təxminən 2 min nəfər təxliyə edilib.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, buna səbəb akvaparkda partlayış olacağı ilə bağlı Rusiya Fövqəladə Hallar nazirliyinə edilən anonim zəng olub.

Nazirliyin yaydığı xəbərdə bildirilib ki, anonim zəng daxil olan kimi dərhal yanğınsöndürən briqada və xilasedicilər paytaxtın Qolubinskaya küçəsi, 16 ünvanında yerləşən “Moreon” akvaparkına gəlib: “Hadisə yerində təxirəsalınmaz işlər davam etdirilib. İki minə yaxın insan binadan çıxarılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...