Suriyada yüklü maşının partladılmasında şübhəli bilinən PKK və YPG terror təşkilatlarına üzv olan şəxs saxlanılıb

Şənbə günü Suriyanın El Bab şəhərində partlayıcı maddə ilə yüklü maşının partladılmasında şübhəli bilinən PKK və YPG terror təşkilatlarına üzv olan şəxs saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Noyabrın 16-da Suriyanın El Bab şəhərində PKK və YPG terror təşkilatlarına qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...