Belarusda parlament seçkiləri keçirilir

Belarusda parlament seçkiləri keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb. Seçki məntəqələrindən 46-ı xaricdə fəaliyyət göstərəcək. Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir. Ölkə parlamentində 110 yerə 513 namizəd iddialıdır. Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə