İraq etiraz aksiyaları səbəbindən İranla sərhəddə piyadaların gediş-gəlişini bağlayıb.

Bağdad etiraz aksiyaları səbəbindən İranla sərhəddəki Şalamçe cənubi sərhəd keçid məntəqəsini piyadaların gediş-gəlişinə bağlayıb. SİA xəbər verir ki, bu barədə "Sky News Arabia" iranlı diplomatlara və adları məxfi saxlanılan iraqlı təhlükəsizlik xidməti əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, keçidin bağlanmasını Tehran xahiş edib. Qadağa yalnız piyada insanlara şamil edilir, yük daşınmaları üçün sərhəd açıqdır. Qeyd edək ki, İranda benzinin qiymətinin qalxmasına görə, etiraz aksiyaları keçirilir. Bildirilir ki, aksiyalar zamanı bir nəfər ölüb. İraqda da bir neçə həftədir ki, həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə hökumət əleyhinə aksiyalar davam edir. Bu aksiyalarda ölənlər və yaralananlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə