ABŞ-ın vitse-prezidenti Venesuela silahlı qüvvələrini prezident Nikolas Maduroya dəstək verməməyə çağırıb

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela silahlı qüvvələrini prezident Nikolas Maduroya dəstək verməməyə çağırıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, amerikalı siyasətçi bu barədə özünün "Twitter" səhifəsində məlumat yayıb. "Maduro azadlığa və qanunun aliliyinə hörmət etmir və getməlidir. Biz Venesuela hərbçilərini, despotun tərəfində deyil, venesuelalıların tərəfində olmağa çağırırıq. Venesuela ordusu xeyirxahlığın gücü olmalıdır! Vəziyyəti yaxşıya doğru dəyişmək sizin əlinizdədir", - vitse-prezident belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...