Boliviyada toqquşmalar olub 23 nəfər həlak olub

Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub, daha 715 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb.

“Son bir gün ərzində polis və hərbi qüvvələrin güc tətbiqi nəticəsində doqquz nəfər ölüb, 122 nəfər yaralanıb. Ümumilikdə, ölkədə siyasi böhran başlayandan bu günə qədər ölənlərin sayı 23-ə çatıb, 715 nəfər xəsarət alıb”, deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə