Paris metrosu "sarı jiletlilər"ə görə bağlandı

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb. SİA xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara “sarı jiletlilər” hərəkatı adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...