“Nissan” 450 mindən çox avtomobilini geri çağırdı

Yaponiyanın tanınmış “Nissan” avtomobil konserni ABŞ və Yaxın Şərqdən 450 mindən çox avtomobilini əyləc mayesinin sızmasına görə geri çağırır. SİA Kyodo agentliyinə istinadla xəbər verir ki, bu nasazlığın yanğın törətmək təhlükəsi olduğu bildirilir.

Həmin avtomobillərin 436 mini ABŞ və Kanadadan, 8 mini isə Yaxın Şərqdən geri çağırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...