Kaliforniya məktəbində atışma: şübhəli gənc öldü

Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb. SİA-nın verdiyi məlumata görə, bu barədə cümə günü NBC telekanalı xəbər verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, şübhəli bilinən 16 yaşlı Nataniel Berhou eyni təhsil ocağında oxuyub.

Məlumatda şübhəlinin məktəb binasında 3 şagirdi yaraladığı, 2-nin isə öldürdüyü bildirilir.

Hüquq-mühafizə orqanları gəncin hücumu əvvəlcədən planlaşdırdığını qeyd etdilər. Onun hansı motivlər əsasında hərəkət etdiyi dəqiqləşdirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...