Tramp Böyük Britaniyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfər edəcək. SİA xəbər verir ki, Böyük Britaniyada növbədənkənar parlament seçkilərindən əvvəl planlanan səfər ABŞ prezidenti tərəfindən təsdiqlənib. Səfər seçkilərdən 10 gün əvvəl baş tutacaq.

Prezident NATO sammitində iştirak etmək üçün dekabrın ilk günlərində birinci xanımla birlikdə Londonda olacaq. Onun NATO liderləri ilə də görüşü planlanlaşdırılır.

Trampın Kraliçanın ev sahibliyi edəcəyi Bukingem sarayındakı ziyafətə də qatılacağı gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyada dekabrın 12-də növbədənkənar parlament seçkilər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...