İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib

Bu gün axşam saatlarında İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, Reuters agentliyinin Avropa-Aralıq dənizi seysmoloji mərkəzinə istinadla yaydığı məlumata görə, yeraltı təkanların episentri 452 min nəfər əhalisi olan Manado şəhərindən 169 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.

İndoneziya meteorologiya, iqlim və geofizika agentliyi sunami təhlükəsi elan edib. Hələlik zərər çəkənlər və dağıntılar barədə informasiya daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...