ABŞ Senatı “erməni soyqırımı” qanun layihəsini ləğv edib

ABŞ Senatının Hüquq komitəsinin sədri, respublikaçı Lindsey Qraham qanunverici orqanın yuxarı palatasında 1915-ci il Erməni hadisələrinin Senat tərəfindən “soyqırımı” olaraq tanınmasını nəzərdə tutan qətnamənin səsverməsinə mane olub və erməni soyqırımı faktının tanınması barədə qanun layihəsini ləğv edib.

ABŞ Senatında demokrat senator Bob Menendez, guya erməni soyqırımının rəsmi olaraq tanınmasını nəzərdə tutan bir qətnamə layihəsinin Baş Məclisdə səs verilməsini tələb edib.
Sözügedən tələbə cavab olaraq, respublikaçı senator Qraham qanun layihəsinin səsverməsinin əleyhinə fikir bildirib və səsverməni bloklayıb.
Qraham verdiyi açıqlamada Türkiyənin hərbi əməliyyatı ilə bağlı Suriyada qarşılaşdıqları problemlər haqqında Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Trampla görüşdüyünü bildirib. Türkiyə və Ermənistanın bir araya gəlib 1915-ci il hadisələri ilə əlaqəli problemi müzakirə edəcəklərinə ümidvar olduğunu deyib. O, qərarını keçmişə baxaraq deyil, Türkiyə-ABŞ əlaqələrinin gələcəyinə baxaraq verdiyini söyləyib. Son olaraq vurğulayıb ki, Senatorlar tarixi yenidən yazmamalı və onu olduğundan fərqli göstərməməlidirlər.
Qrahamın bu qərarının Ağ Evdə Türkiyə prezidenti Ərdoğan və bəzi respublikaçı senatorların qatıldığı iclasdan bir neçə saat sonra gündəmə gəlməsi diqqət çəkib.
Xatırladaq ki, ABŞ Senatındakı qanun səsverməsində hər hansı bir senator fərqli rəy bildirərək səsverməyə mane ola bilər.
Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası 1915-ci il erməni hadisələrini "soyqırımı" kimi tanıyan qətnamə layihəsi qəbul etmişdi.
Nümayəndələr Palatasının demokrat millət vəkili Adam Şiff tərəfindən aprel ayında təqdim olunan sözügedən qanun layihəsi 11 "əleyhinə" olmaqla 405 senatın səs çoxluğu ilə parlament tərəfindən qəbul olunmuşdu.
Türkiyə isə qərarın onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini və bu addımın qəbul edilməz olduğunu vurğulamışdı.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə