İranda dəhşətli qəza 28 nəfər ölüb

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb.

Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıtan vətəndaşları olduğunu deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...