Rusiyada dərsdən qovulan kollec tələbəsi qrup yoldaşlarına atəş açıb

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində yerləşən İnşaat və Kommunal Kollecində silahlı hadisə baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə kollecin 4-cu kurs tələbəsinin dərsdən qovulması nəticəsində yaşanıb.

Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə