Son 50 ilin ən böyük dəniz daşqınları səbəbindən Venesiyanı su basıb

İtaliya sahillərində son 50 ilin ən böyük dəniz qabarması nəticəsində Venesiya şəhərinin bəzi hissələrini su basıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, dəniz qabarmalarını izləyən monitorinq mərkəzinə əsasən, dəniz suyunun səviyyəsi 1,87 m. çatıb.

Qeydlərin aparıldığı 1923-cü ildən bəri, su bundan yuxarı həddə - 1,94 m. yalnız 1966-cı ildə qalxıb.

Şəhərin ən aşağı hissələrindən biri - Müqəddəs Mark meydanı daşqınların ən ağır zərbəsinə məruz qalan yerlərdir. Müqəddəs Mark kafedral kilsəsini son 1200 ildə altıncı dəfədir ki, su basır.

Venesiya körfəzini Adriatik dənizindən ayıran ensiz ərazi zolağı olan Pellestrina adasında iki nəfər həyatını itirib.

Onlardan birini, evində nasosu işə salmağa çalışarkən elektrik cərəyanı vurub və daha bir nəfər ölü halda tapılıb.

Qarşıdan gələn günlərdə çətin hava şəraitinin davam edəcəyi bildirilib.

Qeyd edək ki, İtaliyanın şimal-şərq sahilində yerləşən Venesiya şəhərinin ərazisi körfəz daxilindəki 100-dən çox adanı əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə