Misirin şimalından keçən boru xəttində baş vermiş partlayış 6 nəfərin həyatına son qoyub

Misirin şimalında Buheyra əyalətinin İtay əl-Barud bölgəsindən keçən boru xəttində partlayış olub.

SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, partlayış nəticəsində baş verən güclü yanğın 6 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.

Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə