Türkiyədə hərbi hissədə partlayış: 17 yaralı

Türkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissənin silah-sursat saxlanılan bölümündə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb. SİA xəbər verir ki, hadisə barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22.50-də meydana gəlmiş partlayış nəticəsində baş vermiş yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri adi vətəndaş, 16-sı isə hərbi qulluqçudur. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...