Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında Ağ Evdə baş tutan görüş artıq başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş artıq başa çatıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, tərəflər arasında keçirilən ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib.

Qeyd edək ki, görüşdə prezidentlərin xanımları və digər rəsmilər də iştirak edib.

****

21:30

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşü başlayıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur.

Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdi ki, Ağ Evdə ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcəyini deyib.

Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib. Görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələrin olunacağını bildirib. Həmçinin o, Türkiyə ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...