Diyarbəkirli ana Sevdet Dəmir: “Övladlarımızın xəyallarını və gəncliyini puç etdilər.”

Diyarbəkirdə PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan övladlarının foto şəkilləri ilə aksiyanı davam etdirən anaların həsrətini çekdikləri övladlarına qovuşmaq üçün gözləyişləri davam edir. Diyarbəkirli ana Sevdet Dəmir: "Övladlarımızın xəyallarını və gəncliyini puç etdilər." SİA-nın verdiyi xəbərə görə, övladlarının dağlara qaçırılmasında Xalqların Demokratik Partiyasını (HDP) günahlandıran Diyarbəkirli anaların 3 sentyabrda partiyanın Diyarbəkir təşkilat binası qarşısında başladığı aksiya 71-ci günə girib. Aksiyada iştirak eden analardan biri olan Sevdet Dəmir oğlu Fatehin 4 il əvvəl Hani qəsəbəsindəki çörək sexində işləyərkən dağa qaçırıldığını söyləyib və bütün analardan dəstək istəyib: "Mən 70 gündür buradayam, oğlum gələnə qədər də buradan ayrılmayacağam." Övladları aldadılaraq dağlara qaçırılan analara çağırış edən S.Dəmir "Evdə ağlamayın, bura gəlin, bütün dünya sizi görsün. Gəlin övladlarınızı tələb edin. Övladlarımızın xəyallarını və gəncliyini puç etdilər." deyib. S. Dəmir vurğulayıb ki, dağlarda çətin vəziyyətdə olan övladları terror təşkilatı tərəfindən işgəncəyə məruz qalır: "HDP və PKK oğrudur, övladlarımızı oğurlayıblar. Necə aparmısınızsa elə də gətirin. Biz övladlarımızı onlar üçün dünyaya gətirməmişik. Övladlarımızın dağlarda nə işi var? Oğlum dağda nə yeyir, nə içir? Onu həmişə yuxuda görürəm. Oğluma qovuşana qədər buradan getməyəcəyəm." Vətən qarşısında xidməti borcunu yerinə yetirməyə gedərken 2015-ci ilin oktyabr ayının 2-də Tuncelinin Pülümür qəsəbəsində terrorçular tərəfindən qaçırılan oğlu Müslüm üçün aksiyaya qatılan Şevket Altıntaş isə övladını almamış HDP binasının qarşısından ayrılmayacağını söyləyərək bildirib ki, övladı üçün çox darıxır və bütün ailə çox böyük ağrılar yaşayıb. Aksiyanı qətiyyətlə davam etdirdiklərini və səslərini eşitdirməyə çalışdıqlarını bildirən Altıntaş HDP-yə reaksiyasını bildirib: "Mənim üçün savaşmırsan, mənimlə savaşırsan. PKK bize zülm edir. Oğlumu hansı haqla, hansı məntiqlə qaçırıblar? 5 ildir oğlumu qaçırmısan, mənə göstərmirsən. ‘Mən sizin üçün savaşıram’ deyirsən. Mənim üçün savaşmırsan, mənimlə savaşırsan. Xalq artıq bunu görməlidir." PKK və HDP-nin kürdlərə qarşı xarici qüvvələrlə böyük oyunlar oynadığını vurğulayan Altıntaş 70 gündür burada olduqlarını, 70 il də keçsə, 70 min il də keçsə burada qalmağa davam edəcəklərini söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...