İsrail Qəzzaya zərbələr endirib 10 ölü, 45 yaralı

İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 45 nəfərdən çox yaralı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bu səbəbdən ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, İsrail öz ərazisinin Qəzzadan atəşə tutulduğunu bəyan edib. Bildirilib ki, Fələstin tərəfindən İsrailə 190 raket atılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...