Böyük Britaniyanın Baş Naziri Boris Conson fövqəladə komitə yaradıb

Böyük Britaniyanın baş naziri Boris Conson sel və daşqınların fəsadlarının müzakirə edilməsi üçün fövqəladə komitə yaradıb.

SİA "BBC"-yə istinadən xəbər verir ki, komitəyə rəhbərlik edən baş nazir sel və daşqınlardan zərər görmüş əraziyə baş çəkib.

Daşqının təsirinə məruz qalan ərazilərdə 1000-dən çox evin sakinləri təxliyyə olunub. Donkasterdə 500-ə yaxın ev su altında qalıb. Ətraf Mühit Agentliyi 30-dan çox daşqın xəbərdarlığı edib.

Hidrometeorologiya Mərkəzi cümə axşamı üçün ölkənin böyük hissəsində gözlənilən yağışlar barədə sarı hava xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...