Belçikada sığınacaq axtaranlar üçün nəzərdə tutulan qeyri-yaşayış binası tamamilə yanıb

Belçikanın Limburq şəhərində sığınacaq axtaranların yerləşdirilməsi üçün mərkəzin ehtiyacları üçün nəzərdə tutulan qeyri-yaşayış binası tamamilə yanıb külə dönüb.

SİA xəbər verir ki, şəhər meriyasının yaydığı məlumata görə, yanğın “çox güman” qəsdən törədilib. Polis də məhz bu versiyaya meyillidir.

Limburq şəhər bələdiyyəsinin sərəncamında olan bu ev yaxın vaxtlara qədər qocalar evi kimi fəaliyyət göstərirdi.

Yanğın gecəyarısına az qalmış baş verib. Zərərçəkən olmayıb, lakin ev elə bir duruma düşüb ki, onun bərpası mümkün deyil. Binadan yalnız kömürə dönmüş dayaqlar qalıb. Lakin polis kilidi sındırma izlərini aşkara çıxara bilib.

Daha əvvəl Limburqda qaçqınlara yardım mərkəzinin açılması əleyhinə çoxsaylı etiraz aksiyaları keçirilib. Flandriya Qırmızı Xaç Cəmiyyəti əvvəlki kimi şəhərdə belə bir mərkəz açmağı planlaşdırır.

Hüquq-mühafizə orqanları təhqiqata başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə