Sülh Çeşməsi əməliyyatı bölgəyə həyat verir

Sülh Çeşməsi əməliyatından sonra evlərinə qayıdan suriyalıların gündəlik ehtiyaclarını ödəmələri üçün Türkiyənin səyləri davam edir. SİA-nın verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqi istiqamətində başlatdığı Sülh Çeşməsi əməliyyatı ilə terrordan təmizlənen Suriyanın şimalında yerləşən Haseke əyaləti də suya qovuşub. Sülh Çeşməsi əməliyyatı ilə terrordan təmizlənən Hasekeyə su xətləri yeniləndikdən sonra su verilib. Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Rəsulayn, Derbesiye, Haseke və digər ucqar əraziləri su ilə təmin edən Allouk Su Anbarının var gücü ilə çalışması üçün təmir işləri aparılır. Bu çərçivədə bu günə qədər aparılan təmir işlərindən sonra Hasekeyə su verilib. Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və cənubunda terror dəhlizi yaradılmasına mane olmaq, DEAŞ və PKK/KCK/PYD-YPG başda olmaq üzrə milli təhlükəsizliyini təhdid edən terror təşkilatları və terroristləri zərərsizləşdirmək və yurdlarından didərgin salınmış suriyalıların evlərinə və torpaqlarına qayıtmaları üçün lazım olan şəraiti təmin etmək məqsədilə 9 oktyabrda Sülh Çeşməsi əməliyyatını keçirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə