Banqladeşdə son iki gün ərzində 26 nəfər “Bülbül” siklonunun qurbanı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 13 nəfərin öldüyü deyilirdi.

Məlumata görə, ölüm hallarına güclü külək nəticəsində yıxılan ağaclar səbəb olub. Bəziləri boğulub, bəziləri isə evlərin dağılması nəticəsində həyatını itirib. Son məlumatlara əsasən, 51 balıqçının itkin düşdüyü bildirilir.

Banqladeşin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət naziri Enamur Rəhman keçirdiyi brifinq zamanı səlahiyyətlilərin 2.16 milyon insanı müvəffəqiyyətlə təxliyə etdiyini və onları xüsusi hazırlanmış sığınacaqlara yerləşdirildiyini açıqlayıb. O bildirib ki, bununla siklondan gələn zərər minimuma endirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...