Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü

Rusiyanın Volqoqrad vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azərbaycanlı yük maşını sürücüsü ölüb.

SİA-nın məlumatına görə, 64 yaşlı sürücü "Volvo" markalı yük maşınından düşüb yol keçərkən onu minik maşını vurub.

Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd olunur ki, həmin şəxs Azərbaycana məxsus nəqliyyat şirkətində sürücü işləyib və Rusiya ərazisindən keçməklə Qazaxıstandan Azərbaycana qayıdırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...