Böyük Britaniya sərhədçiləri La-Manş boğazında miqrantların olduğu qayığı saxlayıb

Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində 22 miqrantın olduğu qayığı saxlayıb.

SİA xəbər verir ki, bu barədə “Evening Standard” nəşri məlumat yayıb.

Məlumata görə, qayıq yerli vaxtla saat 07:00-da saxlanılıb. Saxlanılan şəxslərin yaşı, cinsi və milliyyəti açıqlanmayıb.

Britaniyanın Daxili İşlər Nazirliyi həmin şəxslərin tibbi baxışdan keçəcəklərini, daha sonra Duvr şəhərindəki miqrasiya xidmətinin əməkdaşlarına təhvil veriləcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...